Ru
21:25 / 12 Yanvar 2026

Yazıçılar Birliyi ölüdən də pul tələb edir

Yazıçılar Birliyi ölüdən də pul tələb edir
Eye

Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən yazıçı və şairlərin siyahısına 6 il əvvəl vəfat etmiş şəxsin adını da salıb.

Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, 58 nəfərlik siyahıda mərhum şair Amil Aveyin də adı var.

O, 2020-ci il noyabrın 23-də yaşadığı Almaniyada vəfat edib.

AYB-nin siyahısında Amil Avey də borcli kimi göstərilib.

Xatırladaq ki, Amil Avey (Amil Yusif oğlu Məmmədov) 1953-cü il yanvarın 28-də də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam bölməsini bitirən Amil Aveyin imzası 1990-cı illərin əvvəllərindən “Müxalifət” qəzetində dərc olunan məqalələri ilə məhşurlaşmışdı.

O, 2009-cu ildə AYB-yə üzv seçilmişdi.

Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdı. Daha çox folklor üslubunda yazan şairin əsərləri “Gor andı” (2011), “Üzü Allaha tərəf” (2017) kitablarında toplanıb.

Şair əsərlərini “Amil Avey”, “Amil Avoğlu” imzaları ilə nəşr etdirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar