Ru
11:10 / 19 Fevral 2021

Yeni direktor təyin edilən şəxsin biabırçı səs yazısı yayıldı - VİDEO

7385
Sosial şəbəkələrdə daha bir müəllimin distant təhsil zamanı tələbələrlə pis rəftarı ilə bağlı videosu yayılıb. Videoda aydın görünür ki, müəllim tələbə və digər kollektiv ilə kobud danışır, onların ünvanına nalayiq ifadə səsləndirir. O, onlayn imtahan zamanı sinif nümayəndəsini əvvəlcə yayımdan qovur, ardınca da deyir, “Bizə şam tutan lazım deyil!”

“Bakupost”un araşdırmasına görə, həmin müəllim ötən aylarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdnində fəaliyyət göstərən Bakı Humanitar Kollecinə direktor təyin olunan Nərmin Qaralovadır. Bu görüntülər, səs yazısı isə onun həmin Kollecdə direktor olduğu vaxtda çəkilib.

Xanım direktorun səsləndirdiyi ifadə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Direktor sosial şəbəkə istifadəçiləri tərəfindən bu hərəkətinə görə tənqid olunub.

Qeyd edək ki, N.Qaralova bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin dekanı olub.

2006-2008-ci illərdə İctimayi Televiziya, 2008-2014-cü illərdə isə Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor vəzifəsində çalışıb.

2008-2015-ci illərdə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan musiqisinin tarix və nəzəriyyə” kafedrasında müəllim kimi çalışıb.

2015-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.

2014-cü ildə ADMİU-nun “Mətbuat və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, 2015-ci ildən isə ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti olub.

20-yə yaxın yerli və xarici mətbuatda dərc olunan məqalələrin müəllifi, 10-dan artıq Respublika və Beynəlxalq konfransının iştirakçısıdır.

Şərhlər
  • Ayka Zamanova

    Qohumum o kollecin telebesdi o muellimenin qisqiriqi, medeniyyetsiz tehqiramiz hereketlerini sozderini butun aile uzvleri hetda qonsular da eshidirdi.Gorun bu online dersde beledi eyani dersde ne hala salar yaziq telebeleri. Ozu yalannan ele edirki ushaqlarin bildiyi de yadindan chxsin ve kessin imtahandan. Sonra da pul alib kechirsin. Cox kobud medeniyyetsiz ve fursetci insandi. Ne boyuk sayir ne kichik. Qarsidakiyla 1ci sinif ushaqi kimi davranir halbuki o telebenin mueyyen yashi, aile ushaqi var.

  • Ayten Ferecova

    Kiminse adamıdır o özbaşına gəlmyib ki,bir söz tapıb müdafiye edecekler.....Allah uşaqlarımızı bu kimi viruslardan qorusun,Covid qorxulu deil.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər