Ru
13:13 / 18 Avqust 2021

Yeni Klinikanın kompüterləri oğurlandı - VİDEO

9980
Dünən Yeni Klinikada oğurluq hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə nəticəsində tibb müəssisəsindən 3 ədəd televizor, həmçinin 3 kompüter oğurlanıb.


Bununla bağlı olaraq Klinikanın rəhbəri vəzifəsini icra edən Musa Abbasov polisə müraciət edib.

O, müraciətində bildirib ki, oğurluq edən şəxslər Klinikanın fəhlələridir. Belə ki, müəssisədə fəhlə kimi çalışan - Sabir Mehdiyev, Fərhad Şabani və Azər Abdulzadə adlı şəxslər klinikanın avadanlıqlarını oğurlayıblar.

Qeyd edək ki, yeni klinika ötən ilin mart ayında fəaliyyətə başlayıb. Bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alırlar.

E.Mirzəyev
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər