Ru
11:32 / 16 Fevral 2026

Yeni nazir müavinləri kimdir? - DOSYE

Yeni nazir müavinləri kimdir? - DOSYE
Eye

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib.


Belə ki, general-mayor Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nəbiyev Yusif Mahmud oğlu uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışırdı. O, 14 dekabr 2012-ci ildə daxili xidmət general-mayoru rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000–2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011–2022) olmuş Mahmud Nəbiyevin oğludur.

General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980) olub.

Xanlar Cəbrayılov isə 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun gömrük xidməti mayoru olduğu bildirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar