Ru
14:38 / 21 Aprel 2019

Yeni qaydalar builki imtahanlara aid edilməyəcək - Ekspert

1781
"Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən builki imtahanlara aid olmayacaq”.


BakuPost xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. 


Onun sözlərinə görə, yeni normalarda öz əksini tapan sözlər Azərbaycan dilinə aid builki imtahanlarda istifadə olunmayacaq:



"Buna görə şagirdlər, müəllimlər, abituriyentlər narahat olmasınlar. Çünki Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra yeni qaydalarla verilmiş sözlər yeni nəşr olunacaq "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə də salınmalıdır. Lüğət nəşr olunandan sonra isə Orfoqrafiya Normalarında əks olunan sözlərin yazılış qaydasına həmçinin test imtahanlarında da riayət olunmalıdır”.


K.Əsədov əlavə edib ki, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarında iştirak edənlər köhnə qaydalarla olan Orfoqrafiya lüğətinin normalarına uyğun olaraq cavab verəcəklər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər