Ru
17:48 / 26 Aprel 2023

"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı - FOTO

"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı  -  FOTO
Eye

Azərbaycanda "Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradılıb.

Bu barədə Bakupost.az -a mərkəzdən bildiriblər.

Qeyd olunub ki, mərkəzin ilk toplantısında onun sədri Ramil Hüseynov Yeni Yol partiyası ilə bağli öz movqeyini bildirib.

O, bildirib ki, partiyanın "Yeni xətt" Siyasi Tədqiqatlar Mərkəzi ilə əvəzlənməısi heç də siyasi mübarizədən çəkilmək göstəricisi deyil:

"Bu qərar mübarizəmizin, idealogiyamızın, iddialarımızın həyata keçirilməsi və reallaşmasi üçün başqa bir formata keçid alaraq fəaliyyətimizi daha çevik, siyasi istəklərimizi daha tez reallaşdırmaq üçün günün tələblərini nəzərə alaraq qəbul edilib.

Mən 1996-ci ildən siyasi proseslərə qoşulmuşam. Bəzən sakit müşahidərlərimlə siyasi prosesləri izləmişəm. Bəzəndə aktiv siyasi münaqişə və münasibətlərdə olmuşuq. Bu illər ərzində yığdığımız təcrübə, keçdiyimiz yol bizi bu gün hisslərlə yox təmkinli, düşüncəli, müdrikliyə söykənərək gələcəyə baxış taktikamizi diqtə etməyə kömək edir".

O, vurğulayıb ki, "Yeni xətt" gələcəkdə ölkədə siyasi münasibətlər sisteminə, siyasi institutların inkişafına öz töhfəsin verəcək:

"Yaxın gələcəkdə planlarımız ilə bağlı ətraflı məlumatlar verəcəyik".

"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı  -  FOTO
"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı  -  FOTO
"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı  -  FOTO
"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı  -  FOTO
"Yeni xətt" siyasi tədqiqatlar mərkəzi yaradıldı  -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar