Ru
13:00 / 21 Aprel 2026

Yumurta ucuzlaşacaq - Bu tarixdən

Yumurta ucuzlaşacaq - Bu tarixdən
Eye

Novruz bayramından sonra yumurtaya tələbat nisbətən azalıb. Buna paralel olaraq, aprel ayından etibarən bazarda “kənd yumurtası”nın təklifi artıb. Artan tələbat qiymətə öz təsirini göstərib. Bir ay əvvəl 40 qəpiyə satılan “kənd yumurtası” hazırda 25-30 qəpiyə təklif edilir.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli ölkəmizin hazırkı gündəlik yumurta təlabatı 4 milyon ədəddən bir qədər çox olduğunu bildirib.

“Ümumi istehsalımız isə gündə 6 milyon ədədə yaxındır. Nəzərə alaq ki, Azərbaycanda yumurtaya olan tələbat yerli istehsal hesabına ödənilir. Bayramlardan sonra bazarlarda “kənd yumurtası”nın miqdarı artıb. Digər tərəfdən aprel-may aylarında ənənəvi olaraq turizm mövsümü başlayır və insanlar səyahətdə olarkən digər qidalarla yanaşı yumurta istehlakını da azaldır. Bundan başqa məktəblərdə tətil yaxınlaşır. Bu faktor da yumurtaya tələbatı azaldır. Ona görə hesab edirəm ki, may ayından etibarən yumurtanın qiymətində ucuzlaşma olacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar