Ru
19:10 / 14 Aprel 2021

Zelenski çətin anlar yaşadı - Video

Zelenski çətin anlar yaşadı - Video
Eye

Rusiya və Ukrayna arasında yaşanan Donbas böhranında hər gün bir yenilik qeydə alınır.


Bakupost.az xəbər verir ki, sərhəddəki hərbçiləri ziyarət edən Ukrayna Prezidenti Vladimir Zelenskinin çətin anlarını “CNN International”ın kamerası lentə alıb.

Gərginliyin yaşandığı sərhəd bölgəsini ziyarət edən Zelenskini “CNN International”ın müxbiri Metyu Şans da müşayiət edib və tarixə keçən anları qeydə almaq şansı əldə edib.

Kameranın anbaan qeydə aldığı o anlarda Zelenski sərhəddəki səngərləri gəzərkən, separatçıların snayper atəşlərinə hədəf ola biləcək bir yerə gəlir və o anda Ukrayna Prezidenti CNN-in müxbiri və operatoruna qaçmalarını deyir. Saniyələr içində komanda ziqzaqvari hərəkətlərlə təhlükəsiz bir sahəyə irəliləməyə nail olurlar.

Müxbir əlavə edib ki, cəbhədə hətta dövlət rəhbəri belə təhlükəsizlikdə deyil.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar