Ru
14:47 / 08 Aprel 2026

Zəlzələdə dağıntı və ya insan xəsarəti olub? - RƏSMİ

Zəlzələdə dağıntı və ya insan xəsarəti olub?  - RƏSMİ
Eye

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar