Ru
09:12 / 11 Avqust 2025

Zəngilanda yanğın törədən şəxs müəyyən edildi

Zəngilanda yanğın törədən şəxs müəyyən edildi
Eye

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az -a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar