Ru
16:37 / 05 Dekabr 2025

1 tondan çox at əti ələ keçdi – DİN və AQTA əməliyyat keçirdi – VİDEO

1 tondan çox at əti ələ keçdi – DİN və AQTA əməliyyat keçirdi – VİDEO
Eye

Yasamal rayonundakı ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə məlumatında bildirilib.

Qeyd edilib ki, qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər - Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.

Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiqlənib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar