Ru
22:37 / 04 Avqust 2025

16 yaşlı itkin qızın ailəsindən tükürpərdici - AÇIQLAMA/VİDEO

16 yaşlı itkin qızın ailəsindən tükürpərdici - AÇIQLAMA/VİDEO
Eye

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçıb.

Qızın ailəsi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Ailə tezliklə yeniyetmənin tapılmasını istəyir.

Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı itkin düşən qızın anası Günel Xəlilov Baku TV-yə danışıb.

Onun sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıb.

"Sonra mənə "sənin kimi anam yoxdur. Məndə videolar var. Onları Həsən əmiyə atmışam. Ondan həmin görüntüləri sənə göndərməsini istəyərsən" mesajını yazıb.

Evdən qaçmazdan bir gün öncə bacısını dəniz qırağına apararaq "çılpaq şəkillərimi çək" deyib. Bu şəkillərin kiməsə göndərildiyini düşünürəm. Həsəndən şübhələnirəm. O, ailəvi dostumuz, rəfiqəmin qeyri-rəsmi yaşadığı şəxsdir", - o söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, itkin düşən 16 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Ətraflı Baku TV-nin süjetində:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar