“Voll Strit Jurnal” (VSJ) nəşri yazır ki, Mark Zukerberq “OpenAI”da süni intellekt üzrə mühəndis Endrü Talloka "Meta" şirkətinə keçmək üçün illik 1 mlrd. 500 mln. dollar maaş təklif edib. Tallok isə bu maaşdan imtina edərək, təklifi qəbul etməyib.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, bizim hökumət də İT sahəsini prioritet elan edib, amma Azərbaycan bazarı İT üçün o qədər kiçik, maraqsız, start vəziyyəti o qədər geridədir ki, hətta bizdə çox gözəl mütəxəssis yetişsə belə, onu mütləq “oğurlayacaqlar”.
Asena,
BakuPost