Ru
22:20 / 04 Avqust 2025

Köşklərdən oğurluq edənlər saxlanıldı

Köşklərdən oğurluq edənlər saxlanıldı
Eye

Bakının Nizami və Suraxanı rayonlarında yerləşən iki köşkdən oğurluqlar edilib və zərərçəkənlərə 4 min manata yaxın ziyan vurulub.

Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Ə.Əliyev saxlanılıb.

Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank kartından 465 manat pul oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar