Ru
21:45 / 04 Avqust 2025

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA
Eye

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Bakupost.az xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını bildirib.

"Bunlar hamısı saxtadır", - deyə Qusman telefon danışığı zamanı qeyd edib.

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar