Türkiyənin Balıkesir vilayətində meşəlik ərazidə yanğın baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, yanğın yerinə 8 təyyarə, 5 helikopter, 5 yanğınsöndürən maşın və 171 nəfərlik şəxsi heyət göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbir görülür.