Ru
23:35 / 04 Avqust 2025

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə səsgücləndiriciləri sökdü

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə səsgücləndiriciləri sökdü
Eye

Cənubi Koreya Şimali Koreya ilə sərhəddə quraşdırılmış və Pxenyanı tənqid edən proqramların yayımlanması üçün istifadə edilən səsgücləndiriciləri sökməyə başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə "Röyters” Cənubi Koreya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.


Məlumata görə, iyun ayında Cənubi Koreya prezidenti Lee Jae Myung Pxenyanla gərginliyi azaltmaq səyləri çərçivəsində Şimali Koreya rejimini tənqid edən təbliğat yayımlarının dayandırılmasını əmr edib.

Lakin Şimali Koreya bu yaxınlarda bu cəhdləri rədd edib və Cənubi Koreya ilə dialoqda maraqlı olmadığını bildirib.

Səsgücləndiricilərdən Cənubi Koreyanın sərhədyanı rayonlarının sakinləri tərəfindən eşidilə bilən, lakin daimi olmayan proqramların yayımlanması üçün istifadə edilib.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar