Ağstafa rayonunda 16 yaşlı oğlan küçədə bıçaqlanıb.
Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Poylu kəndində baş verib.
Kənd sakini, 2009-cu il təvəllüdlü M.Huseynli qol və qarın nahiyəsindən 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Məlumata görə, hadisəni törətməkdə şübhəli şəxs müəyyən edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.