Azərbaycanda isti hava şəraiti həftə sonunadək davam edəcək.
Bu barədə
Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.
Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləyinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinə səbəb olacaq.