Ru
17:29 / 29 İyul 2025

Dərmanlar bahalaşacaq - SƏBƏB

Dərmanlar bahalaşacaq - SƏBƏB
Eye

Avropa İttifaqından ixrac edilən məhsullara tətbiq edilən rüsumlara görə dərmanların qiyməti arta bilər .


Bakupost.az xəbər verir ki, bu barədə “New York Times”ın məqaləsində qeyd olunub.

Məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp iyulun 27-də ticarət razılaşmasına gəliblər. Razılaşmaya əsasən, Avropa İttifaqından ABŞ-yə ixrac edilən demək olar ki, bütün məhsullara 15%-lik gömrük rüsumları tətbiq olunacaq.

"Avropada istehsal olunan bir çox dərman məhsullarına 15%-lik rüsum tətbiq ediləcək, bu da dərmanların qiymətinin artmasına səbəb ola bilər", – deyə “New York Times” yazır.

Avropada xərçəng əleyhinə "Keytruda" dərmanı, həmçinin arıqlamaq üçün məşhur olan "Ozempik" kimi preparatlar da istehsal olunur.

Bundan əlavə, idxal üçün əlavə xərclər Avropa və ABŞ-də dərman sənayesinin xərclərini milyardlarla dollar artıracaq.

Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar