Ru
17:49 / 29 İyul 2025

Düşüncə ilə yazı yazmaq: İlon Maskın çipi ilk nəticəsini verdi

Düşüncə ilə yazı yazmaq:  İlon Maskın çipi ilk nəticəsini verdi
Eye

Odri Kruz, İlon Mask tərəfindən yaradılmış Neuralink şirkətinin eksperimentində iştirak edən ilk qadınlardan biri olub. Onun beyninə şüuru kompüterlə birləşdirən çip implant yerləşdirilib. “Beyin-kompüter interfeysi” adlanan bu sistem Kruzun ekrandakı siçan kursorunu düşüncə gücü ilə idarə etməsinə imkan verib.

Bakupost.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Kruz 16 yaşında hərəkət qabiliyyətini itirib və bu cür implant quraşdırılan ilk qadın hesab olunur. Sosial şəbəkə X-dəki paylaşımında o, 20 ildən sonra ilk dəfə adını yazmağa çalışdığını bildirib. Noutbuk ekranında “Odri” sözü yazılıb. Kruz qeyd edib ki, bu proses sanki “beyində yazı yazmağa” bənzəyir.

İlon Mask isə onun uğurunu şərh edərək vurğulayıb ki, Kruz kompüteri tamamilə düşüncə gücü ilə idarə edir. Onun sözlərinə görə, bir çox insan bu texnologiyaların artıq reallığa çevrildiyinin fərqində deyil. O əlavə edib ki, gələcəkdə beyin implantları gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar