Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Məlumata görə, rayonun A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır.