Xalq artisti Səidə Quliyevanın oğlu Fərhaddan danışıb.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, aktrisa bu haqda "Həftənin qonağı" proqramında danışıb. O bildirib ki, oğlu ailə qurduqdan sonra tək yaşayır.
"37 yaşımda oğlum doğulub. Bunu dərd etmirəm. Allah qismətimə onda yazıb və oğlum onda dünyaya gəldi. Övladım mənim üçün hər şeydir. Ayrı yaşayırıq. Oğlum qəbul etməsə də, ilk gündən dedim, sərbəst yaşayın. Mən öz evimdə qalıram. Hər gün gəlir məni yoxlayır. Oğlum incəsənət universitetində baş müəllimdir".
S.Quliyeva filmlərdə az qonorar verilməsindən şikayətlənib:
"Filmlər və tamaşaçılar yox dərəcəsindədir. Heç vaxt pis filmə, seriala getmirəm. Qonorar məni qane etmir. Bahalılıq görməmişəm. Bu yaxınlarda sevimli rejissoruma bahalılıq söhbəti etdim, məni çəkmədi. Bir gün üçün 3 min manat istədim. Bir-iki gün çəkiliş olacaqdı. Böyük bir layihə idi. Hamı deyir, gərək çəkilərdin. Vaxtilə çox çəkilmişəm, qonorar da istəməmişəm. İndi özümü qoruyuram. İndi hansı aktrisa özünə ev ala bilir? Qəpik-qəpik yığırıq. İstəyirəm aldığım pulu özümə xərcləyim, dərmana yox".