Ru
18:20 / 13 Noyabr 2025

300 əsərin oğurluğu, zəhərlənən direktorlar, azad edilən çempion – Böyük sirr yenidən gündəmdə

300 əsərin oğurluğu, zəhərlənən direktorlar, azad edilən çempion – Böyük sirr yenidən gündəmdə
Eye

Tanınmış vəkil Aslan İsmayılov sabiq mədəniyyət naziri Polad Bülbüloğlunu sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, vəkil sosial şəbəkədə yaydığı paylaşımda Polad Bülbüloğlunun nazir olduğu dövrdə Azərbaycan mədəni irsinə ciddi ziyan vurduğunu bildirib:

“Mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəni irsini hərraca çıxaran, mədəniyyətini məhv edən Polad Bülbüloğlu bu gün mədəniyyətin qeydinə qaldığından danışır”.
Aslan İsmayılov

A.İsmayılov xüsusilə 15 iyun 1993-cü ildə Mustafayev adına İncəsənət Muzeyində baş vermiş genişmiqyaslı oğurluq hadisəsinin yenidən araşdırılmasını vacib hesab edib. O, həmin dövrdə ard-arda muzey direktorlarının zəhərlənərək dünyasını dəyişməsinin də təsadüf olmadığını düşünür.


Vəkilin sözlərinə görə, oğurluqla bağlı əsas fiqurlardan biri hesab edilən, uzun illər beynəlxalq axtarışda olmuş dünya və Avropa çempionu Aydın İbrahimovun Azərbaycana qayıtdıqdan qısa müddət sonra cinayət məsuliyyətindən azad edilməsi də cavablandırılmamış suallardandır.

A.İsmayılov həmin iş üzrə illərlə araşdırma apardığını, 1993–1999-cu illərdə prosesə birbaşa cəlb olunduğunu bildirib:

“Oğurlanmış 300 əsərin (Bremen muzeyinə məxsus 12 məşhur əsər istisna olmaqla) Azərbaycana qaytarılması üçün dəfələrlə ABŞ-da olmuşam. Aydın İbrahimovun hədə-qorxularına baxmayaraq Nyu-York federal məhkəməsində andlılar qarşısında ifadə vermişəm. Bu illərlə bağlı dövrü mətbuatda yüzlərlə yazım və çıxışım var”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar