Ru
15:04 / 17 İyul 2024

72 yaşlı Səyyad Aran da namizəd oldu

72 yaşlı Səyyad Aran da namizəd oldu
Eye

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilən Səyyad Salahlı (Səyyad Aran) deputatlığa namizəd olacaq.

Bakupost.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası onun namizədliyini 82 saylı İmişli - Saatlı Seçki Dairəsindən irəli sürüb.

Qeyd edək ki, o, iki dəfə - 1995 və 2000-ci il parlamen seçkilərində deputat seçilib. 2006-2010-cu illərdə İstanbulda baş konsul olub.

YAP-ın qurucularından olan Səyyad Aran 2012-ci ildən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədrinin birinci müavini idi.

Hazırda onun 72 yaşı var və o, yaşı ilə bağlı pensiyaya göndərilib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar