Ru
22:18 / 04 Aprel 2026

"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Övladını itirən ata FƏRYAD ETDi - VİDEO

"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Övladını itirən ata FƏRYAD ETDi - VİDEO
Eye

Sumqayıtda eyni ailənin altı üzvünün dəm qazından zəhərlənməsi ilə nəticələnən hadisədə iki yaşlı qızını itirən ata - Kamil Cəbrayılov jurnalistlərə ürəkdağlayan açıqlama verib.

Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.


Ailə başçısı hadisə gecəsi uşaqlarının vəziyyətinin qəfil pisləşdiyini və çarəsiz qaldığını bildirib:

Müalicələrini davam etdirmək üçün uşaqları xəstəxanadan evə gətirmişdim. Dünən gördüm ki, hamısı yerə yıxılıb. Təcili yardım çağırdıq və uşaqları xəstəxanaya çatdırdıq. Dördünün vəziyyəti normal, ikisi isə ağır idi".

Kamil Cəbrayılovun sözlərinə görə, xəstəxanada uşaqların dördünün vəziyyəti stabilləşsə də, iki övladının durumu ağır olub:

"Təəssüflər olsun ki, səhər saat 5-də zəng edib Gülcənnətin dünyasını dəyişdiyini bildirdilər. Çox ağır dərddir, qızımı indicə dəfn edib gəlmişəm. Hazırda digər beş övladımın müalicəsi davam edir, tək duam onların sağ-salamat ayağa qalxmasıdır".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar