İraq Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlərdən azad edilib.
Bakupost.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" qərargahının bəyanatında bildirilib.
"Qardaş İraq Hörmüz boğazı ilə bağlı tətbiq edilən məhdudiyyətlərdən azad edilib", - deyə bəyanatda bildirilir.
Sənəddə, həmçinin vurğulanıb ki, məhdudiyyətlər yalnız düşmən ölkələrə şamil olunur.