Ru
21:57 / 04 Aprel 2026

Türkiyə ilə bu barədə razılığa gəldik - Zelenski

Türkiyə ilə bu barədə razılığa gəldik - Zelenski
Eye

Təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı yeni addımlar barədə razılaşdıq. Bu, ilk növbədə Türkiyəyə dəstək verə biləcəyimiz sahələri əhatə edir: ekspertiza, texnologiyalar və təcrübə və s. Birgə işləmək üçün prinsipial siyasi iradə mövcuddur və komandalarımız yaxın günlərdə detalları yekunlaşdıracaq.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticəsi barədə danışarkən deyib.

Zelenskinin sözlərinə görə, görüş zamanı qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi üçün praktiki addımlar addımlar atılıb və qaz yataqlarının birgə işlənməsi imkanları müzakirə edilib.

Ukrayna prezidenti bildirib ki, tərəflər arasında Ukrayna ilə Türkiyənin ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar