İran xarici işlər naziri Abbas Arakçı ABŞ və İsrailin nüvə obyektlərinə hücumu ilə bağlı BMT Baş katibi Antonio Quterreş, MAQATE-nin baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) məktub ünvanlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Arakçı X hesabında yazıb.
Arakçı bu hücumların ağır humanitar və ekoloji nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, bu gün "Buşehr" atom elektrik stansiyasının (AES) yaxınlığına mərmi düşüb, nəticədə stansiyanın mühafizə əməkdaşlarından biri ölüb.