BRİCS ölkələrinin heç biri Amerika ilə ticarət etmədən iqtisadi baxımdan yaşaya bilməz.
Bakupost.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Trampın müşaviri Piter Navarro deyib.
“Bu ölkələrin heç biri ABŞ-yə məhsul satmadan sağ qala bilməz. Onlar ixracatlarını Amerika Birləşmiş Ştatlarına yönəldəndə, qeyri-ədalətli ticarət praktikaları ilə sanki vampirlər kimi bizim qanımızı sorurlar,” – deyə Navarro bildirib.
Piter Navarro, həmçinin BRİCS ölkələrinin bir blok kimi uzun müddət birlikdə qala biləcəyinə də şübhə ilə yanaşıb. Onun sözlərinə görə, bu ölkələr arasında bir-birinə qarşı nifrət və qarşılıqlı dağıtmaq arzusu mövcuddur.
Aysel,
BakuPost