ABŞ-ın "Delta" xüsusi təyinatlılarının Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatı rus xüsusi təyinatlı veteranları tərəfindən zəif qiymətləndirilib.
Bakupost.az xəbər verir ki, bu fikirləri "Daily Storm" nəşrinə müsahibədə Rusiya xüsusi təyinatlılarının "Alfa" qrupunun veteranları səsləndiriblər.
Veteranların fikrincə, amerikalılar ciddi müqavimətlə üzləşməyiblər, çünki əməliyyat qlobal miqyasda əvvəlcədən hazırlanıb. Veteranlardan İqor Seninin sözlərinə görə, əvvəlcə bütün əsas hərbi obyektlər və infrastruktur sıradan çıxarılıb.
"Onlar, əslində, artıq onlar üçün hazırlanmış binaya daxil olublar. Burada xüsusi bir peşəkarlıq görmürəm", - deyə Senin bildirib.