Ru
02:02 / 14 Yanvar 2021

ABŞ Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

ABŞ Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi
Eye

ABŞ Nümayəndələr Palatası hazırkı prezident Donald Trampın impiçmentinə səs verib.

İmpiçment yeganə maddəyə - qiyama çağırışa görə elan edilib.

Qətnamədə deyilir ki, dövlət başçısının hərəkətləri konstitusiya anlayışı ilə “ağır cinayətlər və əməllər” anlayışına uyğun gəlir. Konqresmenlərin qərarı Trampı aşağı palata tərəfindən iki dəfə impiçment elan edilmiş ilk prezident kimi ABŞ tarixinə yazıb. Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması üçün onun Senatda da impiçmentinə dair qərar verilməsi lazımdır, ancaq Respublikaçılar hələ də Senatı yanvarın 20-də keçiriləcək Co Baydenin andiçmə mərasimindən əvvəl tətildən geri çağırmaqla bağlı razılığa gəlməyiblər. Trampın vəzifəsindən getdikdən sonra impiçment ediləcəyi dəqiq deyil, çünki Konqres tarixində belə bir təcrübə qeydə alınmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar