Ru
16:16 / 05 İyul 2025

Qazaxıstan hərbçiləri Azərbaycanda

Qazaxıstan hərbçiləri Azərbaycanda
Eye

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar