Ru
13:12 / 26 Sentyabr 2025

Adnan Əhmədzadənin lüks maşınları - FOTO

Adnan Əhmədzadənin lüks maşınları - FOTO
Eye

SOCAR-ın İnvestisiya departamenti rəhbərinin sabiq müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu iddia edilən Dubaydakı lüks avtomobillərin fotoları yayılıb.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub və müzakirə yaradıb.

Paylaşılan görüntülərdə bir neçə bahalı avtomobil, o cümlədən “Lamborcini”, “Rolls-Roys” və “Mersedes G-Class” kimi markalar yer alıb.

İddialara görə, avtomobillərin dövlət nömrə nişanları (5455) öz telefon nömrəsinə uyğun seçilib və avtomobilləri gizlətmək üçün İlham Qədimov adına rəsmiləşdirib.

Qeyd edək ki, Adnanın Bakıda istifadə etdiyi maşınlar da bahalıdır və “Mersedes Maybak”I 77-AA-555 nömrəsinə sahibdir. Adnanın elə həmin avtomobildə də həbs edildiyi bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar