Vətən müharibəsi qazisi Rəşad Qocayev vəfat edib.
Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.
Bildirilib ki, o, yaşadığı Qazax rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, R.Qocayev müharibədən sonra bir neçə medalla təltif edilmişdi.