Ru
09:32 / 13 Oktyabr 2021

Aeroport yolundakı qəzada nəfər 5 ölüb: 21 yaralı - VİDEO-FOTO

9933
Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakupost.az -a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.


Aeroport yolundakı qəzada nəfər 5 ölüb: 21 yaralı -  VİDEO-FOTO
Aeroport yolundakı qəzada nəfər 5 ölüb: 21 yaralı -  VİDEO-FOTO
Şərhlər
  • Cəmil

    Göstərilən halda yük avtomobilinin yanlış hərəkəti bəllidir.Bəs bu endə yolda avtobus surücüsü ona yaxınlaşan yük avtomobilini görməyib?Axı qarşılıqlıməsuliyyət məsələsi də mövcuddur.Sürücü yolu görməli və qəzadan qounmaq üçün mümkün olan tədbirləri almalı idi.Hadisədən göründüyü kimi avtobus sürücüsü hərəkət zamanı diqqətsizliyə yol verib.Yoxsa bu qədər ağır nəticə olmaya bilərdi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər