Ermənistanın dövlət borcu iyunun 30-u tarixinə kimi 13 milyard 852 milyon 137 min dollar təşkil edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Armenpress" ölkənin Statistika Komitəsinə istinadla məlumat yayıb.
Məlumata görə, ölkənin xarici borcu 6 milyard 943 milyon 296 min dollar, daxili borcu isə 6 milyard 908 milyon 842 min dollar olub.
Qeyd edək ki, Ermənistanın dövlət borcu 31 dekabr 2024-cü il tarixinə 12 milyard 842 milyon 240 min ABŞ dolları (xarici—6 milyard 454 milyon 151 min ABŞ dolları, daxili—6 milyard 388 milyon 88 min ABŞ dolları) təşkil edib.
Asena,
BakuPost