Ru
19:35 / 07 Avqust 2025

Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı

Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı
Eye

İki gün əvvəl ETTELAAT-ın Təbrizdəki şöbəsinə çağırılan güneyli xanım müğənni Aqşin İmamidən heç bir məlumat yoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat yayıb.

Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.

Hələlik xanımın həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən xanım İmaminin evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.(

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar