Ru
18:49 / 07 Avqust 2025

Putin açıqladı: Trampla bu ölkədə görüş keçirilə bilər

Putin açıqladı: Trampla bu ölkədə görüş keçirilə bilər
Eye

Birləşmiş Ərəb Əmirlikləri ABŞ Prezidenti Donald Trampla görüş üçün uyğundur.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə Kremldə keçirilən görüşün yekunlarına əsasən deyib.

O bildirib ki, görüşlə bağlı yekun qərar, eləcə də tarix hələ ki məlum deyil: "Bu cür tədbirin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir", - deyə Putin bildirib.

Qeyd edək ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan avqustun 7-də Moskvaya rəsmi səfər edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar