Ru
11:50 / 30 Oktyabr 2025

Ağ Şəhərdə sahibkar parklanma yerini qanunsuz zəbt etdi

Ağ Şəhərdə sahibkar parklanma yerini qanunsuz zəbt etdi
Eye

Bakıda satış üçün nəzərdə tutulan avtomobillərin ictimai parklanma yerində saxlanması sürücülərin narazılığına səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Yayılan videogörüntülərdə 1-ci Yaşıl Ada küçəsində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma ərazisinin yaxınlıqdakı avtomobillərin satışı ilə məşğul olan salon tərəfindən zəbt edildiyi bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, artıq əraziyə baxış keçirilib.

"Obyekt sahibinə ciddi xəbərdarlıq edilib, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir", - deyə T.Orucov bildirib.

Artıq ictimai parklanma yerində saxlanılan avtomobillər ərazidən götürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar