Ru
15:27 / 30 Oktyabr 2025

Balakənin icra başçısı vəzifəsindən azad olundu - Sərəncam

Balakənin icra başçısı vəzifəsindən azad olundu - Sərəncam
Eye

İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, bu gün Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb.

Xatırladaq ki, İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı kimi bitirib. Elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb. Sonradan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı idarələrində şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.

O, həmçinin “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub.

İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar