Ru
15:32 / 30 Oktyabr 2025

İtkin şəhidlərimiz dəfn olundu – Fotolar

İtkin şəhidlərimiz dəfn olundu – Fotolar
Eye

Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyevlə vida mərasimi keçirilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

***

Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimovla vida mərasimi keçirilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Şirvanın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, mərasimdən sonra şəhidin nəşinin qalıqları Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüş hesab edilirdi.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Azərbaycan Ordusunun zabiti Elçin Balaxan oğlu Quliyev dəfn edilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb.

Dəfndə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid zabit Elçin Quliyev 1965-ci ildə Sabirabadda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. O, 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar