Ru
16:12 / 01 İyun 2026

Ağsunun Bico kəndi boşalır: Sakinlər şəhərlərə köçür - VİDEO

Ağsunun Bico kəndi boşalır: Sakinlər şəhərlərə köçür - VİDEO
Eye

Ağsu rayonunun Bico kəndində son illər əhalinin şəhərlərə köç etməsi kəndin demoqrafik vəziyyətinə mənfi təsir göstərib.

Bakupostaz xəbər verir ki, vaxtilə qaynayıb-qarışan kənddə hazırda çoxsaylı evlər boş qalıb.

Sakinlərin sözlərinə görə, məhdud iş imkanları, təhsil və digər sosial xidmətlərə daha rahat çıxış əldə etmək istəyi çoxsaylı sakinin kəndi tərk etməsinə səbəb olub. Xüsusilə gənclər daha yaxşı həyat şəraiti və məşğulluq imkanları üçün Bakı və digər iri şəhərlərə üz tuturlar.

Nəticədə kənddə daimi yaşayan əhalinin sayı azalıb, bəzi evlər isə uzun müddətdir istifadəsiz qalıb.

Görünən odur ki, Bico kəndi kimi əhalisi azalan yaşayış məskənlərinin gələcəyi regionlarda sosial-iqtisadi inkişafın sürətindən və yaradılacaq yeni imkanlardan asılıdır.

Rüfət Sultan, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar