Ru
10:57 / 05 Mart 2019

Ali məktəbə yalnız bu kollec məzunları imtahansız qəbul ediləcək – Ekspert açıqladı

Ali məktəbə yalnız bu kollec məzunları imtahansız qəbul ediləcək –  Ekspert açıqladı
Eye






Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanan qaydalar Nazirlər Kabinetinə təqdim edilib.



Bakupost.az xəbər verir ki, təklifə görə kollec məzunları oxuduqları ixtisas üzrə ali məktəblərin eyni ixtisaslarına qəbul ola biləcəklər. 

 

Təhsil eksperti Kamran Əsədov Bakuposta.az deyib ki, əgər yeni qaydalar təsdiqlənərsə, hər kəs yalnız kollecdə bitirdiyi ixtisas üzrə ali məktəbə qəbul ola biləcək, başqa ixtisas seçə bilməyəcək: "Layihədə kolleclərdə təhsil alan şəxslərin təhsil aldıqları müddətdə əldə etdikləri qiymətlərin hesablanması qaydası ilə həyata qəbul keçirilməsi təklif olunur. Yəni bütün qiymətlər cəmlənsin, yekun bal kimi qəbul edilib, ixtisas seçiminə buraxılsın”. 

 

Təklif olunan dəyişikliklərə görə, kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına, yəni kollecdəki ixtisasın eyni adı ilə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilərlər. 

 

Təhsil ekspertinin fikrincə, belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək, müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.

Kollec məzunlarının ali məktəblərə qəbulu 2019-cu il həyata keçiriləcək. Bütün ixtisaslar üzrə kollec məzunları ali məktəblərə qəbul ola bilməyəcək. Yalnız müəyyən ixtisaslar üzrə qəbul aparılacaq. Bu ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. 

 

Ekspertin sözlərinə görə, bakalavr pilləsində təhsilini yarımçıq qoymuş şəxslər kolleclərə birbaşa qəbul ola biləcəklər. Onu da deyək ki, kollec məzunlarının ödənişli, ya ödənişsiz təhsil alması isə layihədə əks olunmayıb. Həmçinin layihə kolleci hansı ildə bitirməkdən aslı olmayaraq hər kəsə şamil olunur.


Ayna Məmmədova
Şərhlər
  • Muradova Kəmalə

    Mən 2004- cü ildə kollej bitirmişəm. 22 ildi ibtidai sinif müəllimi kimi fəaliyyətdəyəm.Ali təhsil almaq iatəyirəm. Zəhmət olmasa , məlumat verin.

  • Turkane Memmedova

    Salam men turizmde tibbi xidmet ixtisasini bitirmiwem ama sirf 11 illik tibb kollecine qebul olmaq istirem mumkundurmu?

  • Arife mireliyeva

    Salam men 2000 ci ilde tibb texnikumunu bitirmisem .1 nomreli .ali tehsil almag ucun ne etmeliyem?

  • Şahin Yunusov

    Salam, mən Şəki Texniki Kollecini 2004-cü ildə qiyabi bitirmişəm. universitetə imtahansız qəbul ola bilərəmmi?

  • Sevinc ibrahimova

    Salam mən 9 cu sinifdə oxuyuram kollecə sənəd vermək isdəyirəm ancaq kolleci bitirdikdən sonra universitete imtahansız qəbul ola bilərəmi?

  • Ruhıyye Cavadova

    Selam men 2010 Azerbaycan dövlet pedogojı kolecını qurtarmışam. Hal hazırda Azerbaycan Dövlet pedogojı inustutuna ımthansız qebul ola bılerem

  • Elmira Süleymanova

    Mamalıq üzrə kolleci bitirənlər Ali təhsil ala bilərmi

  • Seymur

    Salam. Diplomuna subbakalavr yazılmayan kolleci bitirən şəxs ali təhsil imtahansız ala bilməz belə bir şərt var idi. İndi yenədə o şərt varmı yoxmu bilmək istərdim

  • Nigar

    Salam .mən 2007 ci ildə Şəki pedaqoji kollecin ingilis dili fakültəsini bitirmişəm.diplomumu ali dereceye necə çevirə bilərəm ?

  • Mahmudova Röya

    Salam.men 2010 cu ilde Baki Dovlet İqtisadiyyat ve Humanitar kollecini bitirmisem.ixtisasim ingilis dili muellimeliyi ,men duplomumu Ali mekteb diplmonuna nece çevire bilerem?

  • Jale Memmedova

    Salam.men 2009 cu ilde Baki Komputer Kollecini bitirmiwem.ixtisasim texnikdi.informatika muellimesi olmaq ucun men kecen il Miq imtahanina senedlerimi verdim.Meni qebul etdiler.indi bilmek isteyiremki men tehsilli aliye cevirib informatika muellimesi ola bileremmi?

  • Məmmədova Vüsalə

    Mən 2008 ci ildə Gəncə Dövlət Humanitar Kollscin Hüquqşünaslıq fakultəsini bitirmişəm ali məktəbə qəbul ola bilərəmmi və necə sənəd qəbulu nə vaxtdı???

  • Nuranə Əzumova

    Salam mən 2010 cu ildə kollec bitirmişəm İngilis dili müəllimliyi diplomumu ali diploma necə cevirə bilərəm?

  • Əfsanə

    Salam. Mən 2001də M.Ə.Sabir adına pedoqoji texnikumu bitirmişəm. 16 ildir ki ibtidai sinif müəllimi işləyirəm. İxtisasımı ali diploma çevirmə şansım varmı? Bunu necə edə bilərəm? Təcrübəli işini sevən bir müəllim üçün bu şansın yaradılacağı mümkündürmü ? Zəhmət olmasa cavablandırarsız

  • Gülnarə

    Kolec biturmişəm.20 ildir müəlimğm.Ali diploma necə çevurə bilərəm

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar