İranın Ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Mohsen Rezaei bildirib ki, İranla ABŞ arasında razılaşdırılan müvəqqəti atəşkəsin uzadılması ölkəsi üçün sərfəli deyil.
Bakupost.az xəbər verir ki, bu vəziyyət əsl atəşkəs deyil, sadəcə “hərbi sakitlikdir” o bildirib.
Onun sözlərinə görə, İran təzyiqi artırmalı və ölkənin hərbi qüvvələri düşmən gəmilərinə qarşı hazır vəziyyətdə olmalıdır.
Rezaei əlavə edib ki, real atəşkəs yalnız İranın hüquqları tanındıqdan və bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rəsmi sənəd təqdim edildikdən sonra mümkün ola bilər.
Röya Rizvanzadə, BakuPost