Ru
10:24 / 25 Avqust 2025

Almaniyanın vitse-kansleri Ukraynaya gizli səfər etdi

Almaniyanın vitse-kansleri Ukraynaya gizli səfər etdi
Eye

Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbayl elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.

Bakupost.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

"Mən Almaniyanın mümkün sülh prosesində Ukraynanı necə ən yaxşı şəkildə dəstəkləyə biləcəyini müzakirə etmək niyyətindəyəm", - o, jurnalistlərə bildirib.

L.Klinqbayl qeyd edib ki, uzunmüddətli sülhün təmin edilməsi üçün etibarlı təhlükəsizlik zəmanətləri lazımdır: "Biz fəaliyyətlərimizi beynəlxalq səviyyədə əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti doğruldacaq".

Səfər çərçivəsində L.Klinqbayl Ukrayna hökumətinin və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti ilə danışıqlar aparacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar