Ru
15:41 / 25 Avqust 2025

Planetin ən quraq səhrasında möcüzə - Yaxın günlərdə çiçəklər açacaq

Planetin ən quraq səhrasında möcüzə - Yaxın günlərdə çiçəklər açacaq
Eye

Dünyanın ən quraq yeri olan Atakama səhrasında yaxın günlərdə nadir təbiət hadisəsi – rəngarəng çiçəklənmə baş verəcək.

Bakupost.az-ın xəbərinə görə, Çilinin Milli Meşə Korporasiyasının rəsmisi Xorge Karabants bildirib ki, çiçəklənmə sentyabrın üçüncü həftəsindən başlayacaq, oktyabrda zirvəyə çatacaq və noyabrın ilk yarısında başa çatacaq. Onun sözlərinə görə, “çiçək xalçası” Tutoral regionundan başlayaraq Kaleta Çanyaral-de-Asaytuno ərazisinədək uzanacaq.

Alimlərin sözlərinə görə, bu nadir temperatur, günəş işığı və güclü yağışların əlverişli uyğunluğu nəticəsində yaranır.

Papa Katolik Universitetinin professoru Ana Mariya Muhika qeyd edib ki, son 40 ildə təxminən 15 belə hadisə qeydə alınıb. Ən son çiçəklənmə isə 2022-ci ildə baş verib.

Beləliklə, bu payız Atakama səhrası ənənəvi quraqlığına qoyaraq, rəngarəng təbiət mənzərəsi ilə turistlərin diqqətini cəlb edəcək.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar