Ru
23:24 / 31 Mart 2021

ANAMA-nın Rusiyaya “İsgəndər” “sürprizi” – Kimə lazım idi?

2366
Hələ üç il əvvəl yazırdım ki, Ermənistana bu raketlər ötürülməyib. Sonra bu mövzunun davamı olaraq bildirilirdi ki, “İsgəndər” raketləri ya partlamayıb, ya da, ümumiyyətlə, istifadə olunmayıb... İndi isə bu məsələyə ANAMA-dan bir “anonim” qoşularaq, bu raketin düşdüyü və hərbi əməliyyatlar dövründə ordumuzun nəzarətində olmayan yerin koordinatlarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarlı deyib.

“İndi Rusiya tərəfinin qarşısında həllolunmaz problem dayanır: onlar ya etiraf etməlidir ki, “İsgəndər”lərin və Su-30-ların ixrac edilməsi məsələsi sadəcə bizi qorxutmaq məqsədi ilə ortaya atılmış təbliğat xarakterli uydurma idi, ya da onlar Paşinyanın “keyfiyyətsiz” “İsgəndər”lər və raketsiz Su-30 qırıcıları haqqında versiyasını təsdiqləməlidirlər”, - deyə T.Zülfüqarov bildirib.

Politoloq ANAMA-nın açıqlamasını anlaşılmaz adlandırıb:

“Maraqlıdır, nəyə görə bizim ANAMA maraqlarımıza heç bir aidiyyəti olmayan mövzuların təbliğatına qoşulub?

Əgər vacib şərhi adının çəkilməsini istəməyən “anonim” verirsə, dəqiq deyirəm ki, bu, həqiqətə uyğun olmayan məlumatdır...”

Qeyd edək ki, bu gün ANAMA əməkdaşı Caliber.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərdə “İsgəndər” raketlərinin qalıqlarının tapıldığını, hətta onların dəqiq koordinatlarını və raketin identifikasiya nömrəsini açıqlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər