2023-cü ilin üçüncü rübü üçün smartfon bazarı məlumatları dərc edilib. Avropanı əhatə edən araşdırmalar nəticəsində lider brend ortaya çıxıb.
Bakupost.az xəbər verir ki, “Counterpoint” tədqiqat şirkəti 2023-cü ilin üçüncü rübü üçün Avropa smartfon bazarı məlumatlarını dərc edib. Paylaşılan məlumatlar göstərir ki, smartfon sənayesində işlər yaxşı getmir.
Satışlar 11 faiz azalıb
“Counterpoint” tərəfindən paylaşılan məlumatlara görə, Avropada smartfon satışları ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 11 azalıb.
Sənayenin bütün aparıcı şirkətləri üçüncü rübdə aşağı satış rəqəmləri ilə üzləşiblər.
Samsung Avropanın zirvəsindədir
Samsung yüzdə 32 bazar payı ilə lider olduğu halda, ikinci yerdə olan Apple-ın bazar payı 24 faizdir. Üçüncü Xiaomi 22 faiz payla Apple-dan geri qalır.
Digər tərəfdən, Samsung-un satışları 15 faiz, Apple-ın satışları 3 faiz, Xiaomi-nin satışları 13 faiz, Realme-nin satışları isə 30 faiz azalıb. Bütün bunlar baş verərkən HONOR satışlarını təxminən 8 faiz artırmağı bacarıb.
Aygün
BakuPost