İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi bombalanan zaman xarici işlər naziri Abbas Əraqçi də orada olub.
Bakupost.az xəbər verir ki, bu barədə Əraqçi “Al Mayadeen”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni Ali Rəhbərə təqdim etmək üçün saat 9-da orada olub.
“Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini”,-o vurğulayıb.